Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Sabaha olan HAVA MƏLUMATI
13:28
17 Yan 2017