12 yanvar 2017 13:53

Türkiyə vətəndaşlığını kimlər ala bilər ŞƏRTLƏR

“Türkiyə vətəndaşlığını almaq haqqında” qanuna dəyişikliklər edilib.

FED.az xəbər verir ki, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:

- 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan;

- Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran;

- Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alan;

- Ən azı 100 nəfərlik iş yeri açan əcnəbilər.


Trend©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin