12 yanvar 2017 09:53

Avropanın ilk sualtı muzeyi açılıb FOTO

Avropanın ilk sualtı muzeyi fəaliyyətə başlayıb.

FED.az xəbər verir ki, Trend-in "MyModernMet" portalına istinadən məlumatına görə, “Museo Atlatico” adlı muzey Lansorte adasının (Kanar adaları) suları altında yerləşib.

Muzey britaniyalı memar Ceyson de Kayres Teylorun özəl layihəsi olaraq artıq dünyanın bir neçə yerində qismən fəaliyyət göstərir.

İlk olaraq özəl eksponatlar Meksika, Baham adaları və Karib dənizinin dərinliklərində quraşdırılıb.

Memarın sənət əsərləri təbiətə heç bir ziyan vurmur, əksinə ekoloji təmiz məhsullardan hazırlanan eksponatlar sualtı aləmin sakinləri üçün özəl yuvalara çevrilərək, daha da cazibəli mənzərə yaradır.

“Museo Atlatico” muzeyində 300-ə yaxın eksponat 12-15 metr dərinliyində quraşdırılıb.

Muzeyi ziyarət etmək istəyən turistlər isə xüsusi sualtı geyimindən istifadə edərək özəl bir dünyaya səyahətə baş vura bilir.



































 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin