Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycanda 2016-cı il ərzində ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,89% çoxdur.

"Azərenerji" ASC-dən verilən məlumata görə, bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib. Mənbənin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin dekabr ayında isə 2,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 10% artım deməkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin