11 yanvar 2017 15:04

Cənub Qaz Dəhlizi layihələri üçün 500 mln. manat ayrılıb

Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.

Cari ildə bu məqsəd üçün 496 mln. 155 min manat vəsait xərclənəcək ki, bu da 2016-cı il ilə müqayisədə 1 mlrd. 859 mln. 163 min manat və ya 4,7 dəfə azdır.

Qeyd edək ki, bu Məsələ Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.

Xatırladaq ki, Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları, Asiya İnfrastruktur İnvestisiya Bankı 600 mln. ABŞ dolları, Asiya İnkişaf Bankı (AİB) isə “Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 mlrd. ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı qərar qəbul edib.


Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin