11 yanvar 2017 15:01

Neft Fondundan xaricdə təhsil proqramına 29,3 milyon manat ayrılıb

Bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) xaricdə təhsil proqramına ayrılan məbləğ açıqlanıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 29,3 milyon manat xərclənəcək.

Məsələ Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.


Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz