11 yanvar 2017 22:30

Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.

"CNNTürk"ün verdiyi xəbərə görə, ölkənin hazırkı rəhbəri Barak Obamanın ölkə prezidenti postunu D.Trampa təhvil verməsinə hazırlıq işləri davam edir.

Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.

Qeyd edək ki, D.Tramp ABŞ-ın 45-ci prezidenti olacaq. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin