11 yanvar 2017 11:44

Kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2016-cı il dekabrın 1-nə 7 322,2 mln. manat təşkil edib.

AMB-nin yaydığı məlumata görə, öhdəliklərin həcmi noyabrın 1-nə olan göstərici ilə müqayisədə 184,8 mln. manat və ya 2,46% azalıb, əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 2 420,8 mln. manat və ya 49,39% artıb. 

Ötən ilin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 1 947,2 mln.manat və ya 36,23% artım göstərib. Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində noyabr ayında azalma olsa da, xarici öhdəliklərində 810 mln. manat və ya 13% artım qeydə alınıb.


Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin