11 yanvar 2017 10:56

Təbii qaz üzrə ödənişlərlə bağlı RƏSMİ AÇIQLAMA  

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi təbii qaz üzrə ödənişlərlə bağlı rəsmi açıqlama yayıb. 

Açıqlamada deyilir ki, Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.
 


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin