11 yanvar 2017 09:18

Tramp “Alibaba Group”la əməkdaşlıq edəcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp tanınmış çinli iş adamı, “Alibaba Group” şirkətinin təsisçisi Cek Ma ilə birlikdə ölkəsinin vətəndaşları üçün 1 milyona yaxın yeni iş yeri yaradacaq.

"Washington Post" qəzetinin yazdığına görə, tərəflər "Trump Tower" binasında baş tutan görüş zamanı “Alibaba Group” şirkətində yeni iş yerlərinin yaradılması, eləcə də ABŞ-ın kiçik biznesinin Çin və Asiya marketləri ilə ticarət həcminin artırılması yollarını müzakirə ediblər.

Yeni seçilmiş Prezident görüşü yüksək dəyərləndirib.

Trend©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin