10 yanvar 2017 16:51

Banklara elektron ticarətə ƏDV-nin tətbiqi ilə bağlı 1 ay möhlət verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutmaması ilə bağlı razılığa gəlib. 

Yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.

Xatırladaq ki, yeni ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18% ƏDV hesablanmalıdır.


Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin