10 yanvar 2017 15:58

Dünyada ilk dəfə "eko-məscid" tikilir

Dünyada ilk dəfə tamamilə "yaşıl enerji" əsasında fəaliyyət göstərəcək məscid tezliklə Omanda istifadəyə veriləcək.

Trend-in "Times of Oman" nəşrinə istinadən verdiyi məlumata görə, layihənin baş memarı Bədr Əl-Hədəbi işlərin 90 faizinin başa çatdığını bildirib: "Hazırda məscidin dam örtüyündə günəş panelləri quraşdırılır".

O qeyd edib ki, binanın içində 50-dək insan ibadət edə biləcək. Baş memar belə az tutumun səbəbini binanın havalandırılması üçün çox böyük həcmdə enerjinin tələb olunması ilə izah edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin