Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Departamentin təqdim etdiyi tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq yarada bilər.
Buludlu, yağışlı, dumanlı, çiskinli HAVA MƏLUMATI
14:10
10 Yan 2017