10 yanvar 2017 12:53

Mərkəzi Bank valyuta hərracını təxirə saldı

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə mütəmadi olaraq həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 12:00-a qədər keçirdiyi valyuta hərracının vaxtı dəyişdirilib.

Bu günə təyin olunan hərracın vaxtı texniki səbəblərdən saat 15:30-a qədər ertələnib.

Xatırladaq ki, AMB-nin bu günə olan dolların rəsmi məzənnəsi 1,7742 AZN/USD-yə bərabərdir.


Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz