Dollar avro səviyyəsinədək bahalaşa bilər

Dollar avro səviyyəsinədək yüksələ bilər. Belə bir proqnozla "Goldman Sachs" investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.

Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə - iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: "Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir".

Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.


Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin