10 yanvar 2017 11:47

Yeni rekord minimum: 1 avro 4 lirə həddini keçdi

Türkiyə lirəsi bu gün 2005-ci ildən qeydə alınan rekord minimumu yeniləyib.

FED.az Trend-ə istinadən xəbər verir ki, türk lirəsi ötən günlə müqayisədə dollar və avroya nisbətdə, müvafiq olaraq, 1,24 və 1,82 faiz ucuzlaşıb.

Bu gün 1 ABŞ dolları 3.777, avro isə 4.002 lirə təşkil edib.

Ekspertlərin fikrincə, lirənin dəyərinin azalmasına ölkədəki siyasi qeyri-müəyyənlik təsir edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz