10 yanvar 2017 19:00

ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satacaq

ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satmağı planlaşdırır. "İnterfax" agentliyinin ə istinadən verdiyi xəbərə görə, əldə olunan vəsait isə strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcək.

ABŞ-ın Energetika Nazirliyi yanvarın 17-nə kimi neft alışına dair ərizələrin qəbulunu həyata keçirəcək. Tədarük isə mart və aprel aylarında baş tutacaq.

Bildirilir ki, növbəti 4 il ərzində ABŞ-ın strateji ehtiyatlarından ümumi dəyəri 2 mlrd. dollar təşkil edən yanacaq satışı həyata keçirilə bilər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin