10 yanvar 2017 10:59

"Türk Hava Yolları" 4 günə 100 milyon lirə zərər edib

"Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbula yağan güclü qar səbəbindən son 4 gündə 1 000-dən çox uçuşu ləğv etdiyi bildirilib. FED.az xəbər verir ki, "Bloomberg" agentliyinin yazdığına görə, bu səbəbdən THY 15 min nəfəri hotellə təmin edib, 40 min nəfərə isə qida yardımı paylayıb. Nəticədə, THY-nın son 4 gündə uğradığı zərərin həcmi 100 mln. lirəyə (28 mln. ABŞ dolları) çatıb. 

Bir çox təyyarəni başqa hava limanlarına endirməyə məcbur qalan THY-nın zərəri təyyarələrin havada dövr edərək əlavə yanacaq sərf etməsi səbəbindən daha da artıb. THY-nın zərər etməsi İstanbul Fond Birjasında onun səhmlərinin qiymətinə də mənfi təsir edib. Belə ki, dünən, yanvarın 9-da THY-nın səhmləri 4,87% ucuzlaşıb. Qar səbəbindən THY-nın 2017-ci ilin ilk rübünü hətta zərərlə tamamlanması gözlənilir.

Report©

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin