İstanbul-Bakı reysləri ləğv olunub

"Türk Hava Yolları" (THY) aviaşirkəti bu gün səhər saatlarına olan İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib.

Buna səbəb İstanbulda 4 gündən çoxdur davam edən əlverişsiz hava şəraitidir.

FED.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-dən isə Trend-ə bildirilib ki, AZAL Bakı-İstanbul reysi üzrə bütün uçuşları yerinə yetirir.

Qeyd edək ki, Türkiyədə qarlı-şaxtalı hava şəraiti səbəbindən THY son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv edib.

Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin