10 yanvar 2017 09:13

“Yahoo!”-nun adı dəyişdiriləcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

“The Associated Press” agentliyinin verdiyi xəbərə görə, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.


Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin