09 yanvar 2017 11:57

Metroda gedişhaqqı artacaqmı? RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70 faizə yaxın artım deməkdir.

FED.az xəbər verir ki, “Qafqazinfo”nun bununla bağlı Tarif Şurasına müraciətinə əsasən şuradan bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev də qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilmədiyi bildirib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin