09 yanvar 2017 09:13

Obama Putinə düzgün qiymət verdiyini düşünür

ABŞ prezidenti Barak Obama fəaliyyəti dövründə rusiyalı həmkarı Vladimir Putinə düzgün qiymət verdiyini hesab edir.

FED.az Report-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.

Obama aparıcının "Rusiya prezidenti Vladimir Putini düzgün qiymətləndirmisinizmi?" sualına "düşünmürəm ki, onu lazımınca qiymətləndirməmişəm", - deyə cavab verib.

"Qiymətləndirmədiyim, dezinformasiya və kiberhücumların müasir cəmiyyətə necə güclü təsirə malik olmasıdır", - deyə Barak Obama əlavə edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin