06 yanvar 2017 12:57

“AFB Bank” kreditləşməni dayandırıb

“AFB Bank” ASC müvəqqəti olaraq müştərilərə kredit verilməsini dayandırıb. Bu barədə Bankdan məlumat verilib.

Məlumata görə, kreditləşmənin dayandırılması şərtlərə, əsasən də illik faiz dərəcələrinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin