06 yanvar 2017 11:27

Trampdan “Toyota”ya vergi xəbərdarlığı

ABŞ prezidenti Donald Tramp Toyota şirkətinin Meksikada yeni zavod açacağı təqdirdə ağır vergi ilə üzləşəcəyini bildirib.

“Toyota Motor Meksikada Bajada yeni zavod tikəcəyini və ABŞ-a satmaq üçün Corolla avtomobilləri istehsal edəcəyini bildirib. Mümkün deyil. Yeni zavod ABŞ-da tikilməlidir əks təqdirdə şirkət ağır sərhəd vergisi ilə üz-üzə qalacaq”-deyə Tramp açıqlamasında vurğulayıb.

Toyotanın prezidenti Akio Toyoda şirkətin Meksikadakı istehsalı azaltmaq fikrinin olmadığını deyib.

Qeyd edək ki, Amerikanın avtomobil firmaları ABŞ-dan kənarda ucuz maşın istehsalı həyata keçirdikləri üçün Tramp tərəfindən sərt tənqidlərlə üzləşmişdilər.

bbn©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin