05 yanvar 2017 19:29

Türkiyədə növbəti terror - Bu dəfə İzmir VİDEO

Bu gün yerli vaxtla saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) İzmirdə məhkəmə binası qarşısında bomba yüklü avtomobillə partlayış törədilib.

Partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisi şəhid olub.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, partlayış nəticəsində 10 nəfər yaralanıb.

 Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub.

Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı duracağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb. Digər terrorçunun axtarışı davam edir.

 









 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin