2016-cı ildə 397 çoxmərtəbəli binaya təbii qaz verilib

Ötən il 397 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qurum 2016-cı ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 39 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin edib.

Ümumiyyətlə, ötən il ərzində 397 hündürmərtəbəli binanın qazının açılması təmin olunub ki, bu isə ümumilikdə 15580 mənzili əhatə edib.

“Azəriqaz” İstehsalat Birliyi bəyan edir ki, qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin