Latviya prezidenti Azərbaycana səfər edəcək

Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.

Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək. 

Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.

Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana  gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin