21 aprel 13:24
05 yanvar 2017 20:05
Tramp Batumidəki layihəsini dayandırıb
Gürcüstanın Batumi şəhərində reallaşdırılan "Trump Tower" layihəsinin icrası dayandırılıb. "Bloomberg" xəbər verir ki, bu barədə "Trump Organization" və Gürcüstanın investisiya şirkəti olan "Silk Road Group"un birgə bəyanatında deyilir.
Qeyd edək ki, 47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın opponentləri dəfələrlə bəyan ediblər ki, xarici ölkələrdə biznes maraqları ölkə başçısının xarici siyasətinə təsir edəcək. "Bloomberg" isə qeyd edir ki, Gürcüstandakı biznes layihəsinə xitam verməklə D. Tramp bütün iddialara cavab verib.
Oxşar mövzular
Şərhlər
Şərh yoxdur
Cavab yaz
Xəbərlərə abunə ol
Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin