05 yanvar 2017 12:22

Telman İsmayılov məhkəmədə uduzub

İş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

Türkiyə mətbuatı yazır ki, "Asya İnşaat A.Ş.", "Güçlü İnşaat Ltd" və "Ekodizayn İnşaat Peyzaj Ltd" şirkətləri T. İsmayılovun Antalyada inşa etdirdiyi "Mardan Palace" otelinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, sifarişçi otelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, otel 3 şirkətə 13 mln. lirədən artıq vəsait ödəməlidir.

Otelin hüquqşünasları tələb olunan məbləğin xeyli şişirdildiyi deyir. Qeyd edək ki, şirkətlər məhkəməyə ilk dəfə hələ 2009-cu ildə müraciət ediblər. Sonuncu məhkəmə prosesində hakim otel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə "Mardan Palace" şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə ödəməlidir.

 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz