05 yanvar 2017 09:11

Gürcüstana ən çox Azərbaycandan səfər edilib

Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze 2016-cı ildə ölkəyə gələn turistlərlə bağlı çıxışında Gürcüstana 6 350 825 sayda xarici turistlərin gəldiyini, bunun isə 2015-ci ildəki göstəricidən 7,6 % çox olduğunu bildirib.

O, həmçinin bildirib ki, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur.

G. Çoqovadze çıxışı zamanı Gürcüstana gələn turistlər arasında birinci yerdə Azərbaycanın qərar tutduğunu bildirib. O, ötən il Ermənistandan Gürcüstana 1 496 246, Türkiyədən 1 254 089, Rusiyadan 1 037 564 və Ukraynadan 172 631 nəfər turist səfər etdiyini bildirib.

G. Çoqovadze Gürcüstanın turizm sahəsindən təqribən 2016-cı ildə 2 milyard dollardan çox gəlir əldə etdiyini vurğulayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin