05 yanvar 2017 09:03

“Deutsche Bank” ABŞ-a 95 milyon dollar cərimə ödəyəcək

Almaniyanın “Deutsche Bank”-ı vergidən yayındığına görə ABŞ-a 95 milyon dollar həcmində cərimə ödəyəcək.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.

“ABŞ hökuməti “Deutsche Bank”-ın vergidən yayınma hərəkətlərini sübuta yetirərək 95 milyon dollar həcmində cərimə ödəməsini tələb edib”, məlumatda deyilir.

Məlumata əsasən, Almaniya bankı saxta şirkət vasitəsi ilə 2000-ci ildə ABŞ-ın vergi qanunvericiliyini pozmağa cəhd edib.

Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin