14 mart 2019 20:00

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı

Vəzifənin adı: Metaləritmə zavodu, Qazla kəsici

Vəzifə öhdəlikləri:

• Zavodun ərazisindəki metal şixtənin müəyyən olunmuş ölçülərdə doğranmasını və növbədə FPTM-in qayçısı işləməyən zaman metal pəstahların lazımi ölçüdə kəsilməsini təmin edir.  
• Dartıcıdan(zatravka) ayrılmış pəstahın ucunun dərhal kəsilməsini təmin edir .
• İşdən əvvəl kəsici aləti, şlanqları, reduktorları və qaz balonlarını yoxlayır.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Oksigen və propan qazları ilə işləyərkən texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.
• Nasaz və yozlama müddəti ötmüş balonlardan və reduktorlardan istifadə olunmamasını təmin edir 

Təhsil/Təcrübə: 

• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və  Müəssisənin normativ sənədlərinin tələblərini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qazla kəsici” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. 
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz