14 mart 2019 20:00

Azərbaycan Turizm Bürosu işçi axtarır - VAKANSİYA

Azərbaycan Turizm Bürosu 

Vəzifənin adı : Baş Mühasib

Əsas vəzifə öhdəlikləri:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması arzuolunandır) 
• 1C 7.7 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi həmçinin, MS Excel-də işləmək bacarığı
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar 
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
• Vergi orqanları ilə yazışmalar və vergi sahəsi ilə bağlı əməliyyatlar - (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi 
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması 
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və müavfiq olaraq göndərilməsi 
• DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi 
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Namizədə dair tələblər:

• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması  
• Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar olması; 
• Tez qavramaq və uyğunlaşmaq bacarığı;
• Problemləri təhlil və həll etmə bacarığı;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilməsi üstünlükdür.

Namizədlər CV-lərini job@tourismboard.az ünvanına 14 aprel 2019-cu ilədək göndərməlidirlər.
 
Xahiş olunur, e-mailin mövzu hissəsinə müraciət etdiyiniz vəzifənin adını (Baş Mühasib) qeyd edəsiniz.
 
Məlumat üçün bildirək ki, yalnız qısa siyahıya seçilmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz