14 mart 2019 17:05

“Bakı Metropoliteni” iddialara cavab verdi

“Bakı Metropoliteni” QSC metro stansiyalarının tikintisində heç bir təhlükəyə yol verməyib.

FED.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər tikinti işləri zamanı qaydalara ciddi riayət olunmasaydı, böyük sayda insan tələfatı olardı. 

“Bunlar yoxdursa, demək, tikinti işləri bütün normalara uyğun aparılıb. Böhtan atmaqla deyil”.

Eləcə də bax: “Azərbaycan Dəmir Yolları”da yeni - TƏYİNAT

QSC rəsmisi qeyd edib ki, metropolitenin elə bir sahəsi yoxdur ki, normadan artıq işlənməyə yol verilsin: 

“Ümumiyyətlə, hərəkət təhlükəsizliyi ilə bizim işçiləri bir dəqiqədən artıq saxlamağa ixtiyarımız yoxdur. Biz bu hallara yol verə bilmirik”.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də metropoliten işçilərinin rəhbərlikdən şikayəti yer alıb.

Onlar iddia ediblər ki, metropolitendə işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır.

Şikayətçilər bildiriblər ki, tuneldə və qatarda heç vaxt işləməmiş insanlar çalışırlar və onların fövqəladə hallarda qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin həyatını təhlükəyə atır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz