29 dekabr 2016 09:09

Dünyanın ən yüksək maaş alan futbolçusu kimdir?

Dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Teves olub.

TASS agentliyinin yaydığı xəbərə görə, 32 yaşlı futbolçunun “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşib.

Onun yeni klubunda məvacibi həftədə 615 min funt sterlinq təşkil edəcək. Bununla Karlos Teves dünyanın ən yüksək maaş alan futbolçusu olub.

Qeyd edək ki, K.Teves müxtəlif illərdə İngiltərənin “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, İtaliyanın “Yuventus” klubunda oynayıb. Çin klubuna isə doğma “Boka Xuniors” komandasından keçib. Cari mövsümdə Argentina çempionatında K.Teves 10 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin