Azərbaycanla İsrail hava əlaqəsi haqqında hökumətlərarası saziş layihəsini razılaşdırıblar

İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
 
Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsi razılaşdırılıb.
 
İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.
 
Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
 
 


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin