28 dekabr 2016 14:22

Azərbaycanın ixrac missiyası fevralda Qətərə səfər edəcək

İqtisadiyyat Nazirliyi gələn il fevralın 11-14-də Qətər Əmirliyinə səfər məqsədi ilə ixrac missiyası təşkil edir.

Nazirlikdən Fed.az-a verilən xəbərə görə, ixrac missiyasında iştirak etmək istəyən ixracatçılar İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.

İxrac missiyalarını əhatə edən sektorlar - süd və süd, ət və ət məhsulları, meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, kosmetologiya, kimya məhsulları və digər sənaye məhsullarıdır.

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (“Azpromo”).

Müsabiqə “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında gələn il yanvarın 26-da “Azpromo”da (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32, e-mail: destek@azpromo.az; tel.: (+994 12) 598 01 47/48) təşkil olunacaq.

İxrac missiyalarında iştirak etmək üçün tələb edilən sənədlər yanvarın 16-dək “Azpromo”ya təqdim olunmalıdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin