28 dekabr 2016 13:44

Saxta pul hazırlayana 7 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaq və satmaqda təqsirləndirilən Nicat İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. İsmaylov külli miqdarda saxta ABŞ dolları hazırlamaqda təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 204.1 (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin