27 dekabr 2016 14:41

Atletlər kəndindəki evlər satışa çıxarılacaq

Bakıda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsindən sonra Atletlər Kəndi şirkətə qaytarılacaq. Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, İslam Həmrəylik Oyunlarından sonra qarşıda elə böyük idman tədbirinin keçirilməsi gözlənilmir:

“Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq”.

A.Rəhimov əlavə edib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsinə ümumilikdə 100 milyon dolların xərclənməsi nəzərdə tutulur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin