26 dekabr 2016 13:53

İran naziri Azərbaycana səfər edəcək

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək.

İqtisadiyyat Nazirliyindən Fed.az-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. Bununla belə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.

Eyni zamanda, səfər zamanı İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin