53000 ədəddən çox müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib

Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları tərəfindən 53 200 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Fed.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.  Lakin bu kimi halların qarşısının alınması məqsədilə respublikamızın gömrük orqanları vaxtaşırı operativ əməliyyat tədbirləri həyata keçirir.

Bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin