24 dekabr 2016 14:00

Ronaldo suriyalı uşaqlara müraciət edib VİDEO

"Real" Madrinin portuqal ulduzu  Kriştianu Ronaldo Suriyada yaşayan uşaqlara dəstək mesajı göndərib.

Sosial media hesablarından "Save the Children" adlı qeyri-hökumət təşkilatı vasitəsilə video paylaşıb:

"Salam. Bu mesajım Suriyadakı uşaqlar üçündür. Çox əzab çəkdiyinizi bilirəm. Mən məşhur futbolçuyam, amma əsl qəhrəmanlar sizsiniz. Ümidinizi itirməyin. Bütün dünya sizinlə. Sizə əhəmiyyət veririk. Yanınızdayıq".

Ronaldonun Suriyadakı ailələr üçün qida, geyim və tibbi yardım da göndərəcəyi bildirilib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin