24 dekabr 2016 13:40

Aksiz markalı malların satışı ilə bağlı qaydalara dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən Qaydaların 3.2-ci bəndində “(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)” sözləri “(pərakəndə satış istisna olmaqla)” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, 3.2-ci bənddə deyilirdi:

“Markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir”.

Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin