Azərbaycanlı deputat Gürcüstan Dövlət Konstitusiya Komissiyasının tərkibinə daxil edilib

Gürcüstanın Dövlət Konstitusiya Komissiyasının tərkibi  məlum olub. Parlamentin sədri  İrakli Kobaxidze bu barədə sərəncam imzalayıb.

Bu barədə parlamentin sona çatan iclasında bildirilib.

Qeyd olunub ki, Dövlət Konstitusiya Komissiyasının 15 dekabr 2016-cı il 65-I nömrəli Əsasnaməsinin 1-ci bəndinin  107-ci “E” maddəsinin “L” yarımbəndinə əsasən, Konstitusiya Komissiyasının tərkibi təsdiq olunub.

Sərəncamda İrakli Kobaxidze komissiyanın sədri  və Tamar Çuqoşvili komissiyanın katibi təyin olunub. Sərəncamda komissiyanın digər üzvləri də təsdiq edilib.

Sərəncama əsasən, Konstitusiya Komissiyasının tərkibinə parlament çoxluğunun azərbaycanlı deputatı Savalan Mirzəyev də daxil edilib. Sərəncam 2016-cı ilin 23 dekabrında qüvvəyə minib.

Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin