Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın sığorta bazarı üzrə 2019-cu il yanvar ayının yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin yanvarı ilə müqayisədə ölkənin 21 sığorta şirkətindən 8-də geriləmə, 13-də isə artım baş verib. Yanvarın nəticələrinə görə, ən böyük azalma «AXA Mbask» şirkəində baş verib. Ötən ay şirkət cəmi 850 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin ynavarı ilə müqayisədə 3,3 dəfə aşağıdır. «Günay Sığorta»nın yğıımları isə 2,1 dəfə azalaraq 203,6 min manat olub.
Bunlardan başqa, «Standard İnsurance», «Azsığorta», «A-qroup», və 3 həyat sığortası şirkətlərinin – «PAŞA Həyat», «Atəşgah Həyat» və «Qala həyat» şirkətlərinin yığımları azalıb.
Eləcə də bax: Yanvarda Azərbaycanda səyahət sığortası üzrə - ÖDƏNİŞLƏR AZALIB
Yığımların həcminə görə ən böyük artım «Amrah sığorta»da qeydə alınıb – 8,1 dəfə. Ötən ay cəmi 38 min manat sığorta haqqı toplayan şirkətin ilk pillədə olmasının səbəbi, ötən il qat-qat zəif nəticə göstərməsidir.
Son vaxtlar bütün sığorta agentlərini əməkdaşlığa cəlb etməyə çalışan «Xalq Sığorta»nın yığımları 3,7 dəfə, «Azərsığorta» Dövlət şirkətinin yığımları isə 3,6 dəfə artıb.
Ciddi sənaye risklərinin sığortası üzrə ixtisaslaşmış «Azərbaycan Sənaye Sığorta»nın yığımlarında 2,3 dəfə, «Atəşgah»ın yığımlarında isə 2,1 dəfə artım var.
Yanvar ayında «İpək Yolu Sığorta»nın yığımları 3,2%, «Qala Sığorta»nın yığımları isə 11,4% artıb.
Sığorta şirkətlərinin yığımların həcminə və dinmikasına görə renkinqlərini FED.az-dan izləmək olar.