20 fevral 2019 16:51

MİDA rəhbəri işgüzar naharda 

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov  Caspian European Club-un 2019-cu il fevralın 20-də “Hyatt Regency Baku”otelində təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib. Qonaq Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
 
FED.az xəbər verir ki, tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un  üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Mənzil İnşaatı  Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.


Eləcə də bax: TÜSİAD-ın yeni sədri seçilib

Biznes-forumda Sadiq Sadıqova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib. 

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.  Caspian European Club-un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz