12 fevral 2019 20:00

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Tərtər şöbəsinə Müştəri Xidmətləri üzrə Mütəxəssis  (Əməliyyatçı) vakansiyası elan edir.


Vəzifə öhdəlikləri:

 Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
 Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
 Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
 Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
 Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
 Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
 Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək; 
 Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Tələb olunan səriştələr:

 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
 Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Bank sahəsində (Əməliyyat istiqaməti üzrə) 1-3 il iş təcrübəsi; 
 Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;

Digər əsas keyfiyyətlər:

 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
 Komandada işləmək bacarığı; 
 Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
 Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
 Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 18 fevral 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Tərtər” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz