22 dekabr 2016 15:03

Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlandı SİYAHI

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışırlar.

Bu barədə Fed.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məumat verilib.

Bildirilir ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 

  Xarici iqtisadi fəaliyyət iştirakçısının adı
 
İnvoysda göstərilən qiymət Real qiymət Fərq
1 “Taleh-AT” müəssisəsi 67350,01
ABŞ dolları

 
129915,13
ABŞ dolları
62565,12
ABŞ dolları
2 “Qoşabulaq-A” MMC 26000 avro
 
70000 avro 44000 avro
3 Bəhlulzadə Kamal Rauf o. 6584
ABŞ dolları

 
28044
ABŞ dolları
21460
 ABŞ dolları
4 “Avantaj AS” MMC 46188,60
 ABŞ dollar

 
65027,06
 ABŞ dollar
18838,46
ABŞ dollar
5 “NTC Company” MMC 24584,85
ABŞ dolları

 
38216
ABŞ dolları
13631,15
 ABŞ dolları
6 “Çipto” MMC 7028,98avro
 
17180,32 avro 10151,34 avro
7 “ABA Trading” MMC 27700 avro
 
37500 avro 9800 avro
 

Ümumilikdə, 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələrilə ictimaiyyətə açıqlanacaq.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin