11 fevral 2019 15:28

Azərbaycanda maaşlar 3% artıb - MƏBLƏĞ

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, ötən illə müqayisədə 1,6% artaraq 1548,9 min nəfər olub, onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Eləcə də bax:Hansı sahələr üzrə işçilərin maaşı artacaq? - SİYAHI

FED.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,6%-i təhsil, 18,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Eləcə də bax: «Əsas odur, portfelimiz sağlamdır, istənilən ödənişi edə bilirik»

2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3% artaraq 544,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Eləcə də bax:Minimum əmək haqqına görə digər maaşlar nə qədər artacaq? - MƏBLƏĞLƏR

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz