11 fevral 2019 13:03

İpoteka Fondunun aktivləri 1 milyardı ötüb – REKORD

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) aktivlərini 1 il ərzində cəmi aktivləri 33% artaraq 1 milyard 276,58 milyon manatı ötüb.

FED.az bu barədə məlumatı İKZF-in 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.

Eləcə də bax: Hansı sahələr üzrə işçilərin maaşı artacaq? - SİYAHI

Aktivlərin 260,55 mln. manatı ödəniş tarixinədək saxlanılan investisiyalar portfelidir.Hesabat dövrü ərzində, yəni, 2018-ci ilin əvvəli ilə müqayisədə sonunda 318,2 mln artıb.  Cəmi aktivlərin də 895,27 mln. manatını ipoteka kreditləri təşkil edir. Bildirək ki, ipoteka kreditirləri portfeli ötən ilin müvafiq dövründə 683,69 mln. manat təşkil edirdi ki, bu da illik portfeldə 211,58 mln. manat artımın olması deməkdir.

Fondun xalis mənfəəti isə 2018-ci il ərzində 2% artıb.

2017-ci il ilə müqayisədə Fond 2018-ci il ərzində faiz gəlirləri 32%, faiz xərcləri isə 36% artıb.Fond, 2018- cilin yanvar-dekabr ayları ərzində 47,99 mln. manat faiz gəliri,  17,41 mln. manat faiz xərci edib.

Beləliklə, qurumun xalis mənfəəti hesabat dövründə 19,32 mln. manat təşkil edib. Bununla da Fondun bölüşdürülməmiş mənfəəti 47 milyon 189,89 min manata çatıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz